تبلیغات
مانقیم - "سن"فوبیا

"سن"فوبیا



تیتره ­­تدین جانیمی

"سن"فوبیا بورودو منی

ایندی

تورفان پیتیک­لریندن باش چیخاران شامان حکیم­لر ده

تاپا بیلمه­ یه­ جکلر

بیر اَم

بو خسته ­لییه

دؤز هله

مودئرن مئتودلار یولدادیر

یئنی آراچ­لار

"Made in China"لی دئو ماشین­لارا یوکل­نمیش

یول­لاری سؤکه سؤکه...

دؤز هله

تورکمن چای­دا بلله­ نن سینیرلاردان

بیر قاریش اویانلیق

دونیا داها فرق­لی­ دیر

گؤزلوک­لو جرّاح­لار

اله-یاتیم­لی اینجه ائسکالپئل­ لری ایله

سنین تاکسیدئرمی واریانتی­نی حاضیرلاییر

دؤز هله

یئنی مئتودلار یولدادیر

مودئرن آراچ­لارآرا

Titrətdin canımı

SƏNfobiya bürüdü məni

İndi

Turfan pitiklərindən baş çıxaran şaman həkimlər də

Tapa bilməyəcəklər

Bir əm

Bu xəstəliyə

Döz hələ

Modern metodlar yoldadır

Yeni araçlar

“Made in China”lı dev maşınlara yüklənmiş

Yolları sökə sökə...

Döz hələ

Türkmən çayda bəllənən sınırlardan

Bir qarış oyanlıq

Dünya

Daha fərqlidir

Gözlüklü cərrahlar

Ələ yatımlı incə iskalpelləri ilə

Sənin taksidermi variyantını hazırlayır

Döz hələ

Yeni metodlar yoldadır

Modern araçlar




قونولار: شئعر